İnvestisiya şirkəti ilə müştəri (o cümlədən, onun səlahiyyətli nümayəndəsi) arasında investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsi üzrə yazılı müqavilə bağlanılır.

Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.

Kağız daşıyıcıda tərtib edilən müqavilə tərəflərin imzası ilə, elektron qaydada tərtib edilən müqavilə isə bu Qaydanın 13.10-cu bəndinin tələbləri nəzərə alınmaqla təsdiq edilir. Müqavilə aydın və oxunaqlı olmalıdır. İnvestisiya şirkəti müştərinin tələbi ilə elektron formada bağlanmış müqavilənin surətini ödənişsiz olaraq kağız daşıyıcıda təqdim etməlidir.