Maliyyə institutları arasında müxbir bankçılıq münasibətləri Azərbaycan Respublikası Mərkəzi Bankının “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” ilə tənzimlənir.

Heftelik.az-ın məlumatına görə, bu, Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydasında əksini tapıb.

Maliyyə institutları elektron köçürmələr zamanı ” Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında“ və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarından irəli gələn tələblərə əməl etməli, həmçinin belə əməliyyatların tənzimlənməsinə, xarici maliyyə institutları ilə işgüzar münasibətlərə dair daxili qayda və prosedurlara, önləyici tədbirlərə, o cümlədən elektron nəzarət sistemlərinə malik olmalıdırlar.