İnvestisiya şirkəti tərəfindən investisiya məsləhəti verilən zaman müştərinin hansı məlumatlarla təmin olunduğu açıqlanıb.

Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.

İnvestisiya şirkəti tərəfindən investisiya məsləhəti verilən zaman müştəri ən azı aşağıdakı məlumatlarla təmin olunur:

– investisiya şirkətinin adı və ünvanı;

– investisiya məsləhətini verən şəxsin adı və soyadı, vəzifəsi, ixtisas şəhadətnaməsinin seriya nömrəsi, verilmə tarixi;

– investisiya məsləhətinin hazırlanmasında istifadə edilmiş məlumat mənbələri, investisiya strategiyaları və təhlil metodları barədə məlumat;

– investisiya məsləhətinin verilməsi tarixi və vaxtı barədə məlumat;

– investisiya məsləhətinin məzmunu;

– mümkün maraqlar münaqişəsi barədə məlumat.

İnvestisiya məsləhəti yalnız investisiya şirkətinin müvafiq ixtisas şəhadətnaməsinə malik olan əməkdaşları tərəfindən verilir və investisiya şirkətində investisiya məsləhətlərinin uçotu aparılır.