Ləğv olunmuş materiallar və əczaçılıq məhsulları onlar barədə qərar qəbul edilənədək müvafiq qaydada identifikasiya edilmiş, nəzarətdə olan və onların istifadəsinin qarşısının alındığı karantin sahələrində saxlanmalıdırlar.

Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Narkotik vasitələr milli qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun saxlanmalıdır. Sınmış, zədələnmiş materiallar və məhsullar istifadəyə yararlı ehtiyatdan kənarlaşdırılmalı və ayrılmalıdır.