Nəzarət subyektləri maliyyə bazarlarını tənzimləyən qanunlarla Azərbaycan Respublikası Mərkəzi Bankının ( Mərkəzi Bank) nəzarət etdiyi subyektlər kimi müəyyən edilən şəxslərdir.
Heftelik.az xəbər verir ki, bu, Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblərdə əksini tapıb.
Ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı – ödəniş xidməti istifadəçisinin ödəniş hesabı olan və ona ödəniş xidməti göstərən ödəniş xidməti təchizatçısı, ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti – ödəniş xidməti istifadəçisinin müraciəti əsasında onun digər ödəniş xidməti təchizatçısında açılmış ödəniş hesabı üzrə ödəniş sərəncamının verilməsi xidməti, vasitəçi ödəniş xidməti istifadəçisinə ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidmətini göstərən ödəniş xidməti təchizatçısıdır.