Təqaüdçülərin minimal pensiyası 320 manat oldu.
Heftelik.az Xəbər.az-a istinadən məlumat verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 yanvar 2025-ci ilədək təyin olunmuş pensiyaların hesablanmasına əsasən minimal pensiyaların 320 manat təşkil edəcəyini açıqlayıb. Bu artım fevral ayının pensiyasına da şamil edilərək ödəniləcək. Bundan əlavə, indeksləşdirmə üzrə yanvar ayında olan artım da fevral ayının ödənişinə əlavə olunacaqdır.
Eyni zamanda qeyd olunub ki, bu gündən etibarən Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu üzrə pensiyaların verilməsi həyata keçiriləcək. Digər bölgələr üzrə, həmçinin güzəştli şəkildə pensiya hüququna malik olan şəxslərin də pensiyaları ay sonuna kimi təyin olunmuş qrafiklə ödəniləcək.
Müəllif: Türkan_zadə