Qazanxanada yanğın baş verərsə, dərhal yanğından mühafizə xidmətini çağırmaq və yanğının söndürülməsi üçün tədbirlər görmək lazımdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Qaz yanacağı ilə işləyən qazanxanalarda yanğın baş verərsə, dərhal qazanxanın qaz kəmərinin binanın xaricindəki ventilini (kran) bağlamaq lazımdır. Əgər yanğın qazanlar üçün təhlükə yaradarsa qazanların işini qəza qaydasında saxlamaq, səylə onları su ilə təchiz etmək və buxarı atmosferə buraxmaq lazımdır.