Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icra edilməsi əsas investisiya xidməti olaraq investisiya şirkəti ilə müqavilə bağlayan və yalnız mərkəzi depozitarda depo hesabı olan müştəriyə münasibətdə həyata keçirilir.

Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.

Müştəri sifarişlərinin qəbulu və icra edilməsi üzrə investisiya xidmətinin (əməliyyatının) göstərilməsi zamanı investisiya şirkəti müştərinin aktivlərinin uçotunun aparılması məqsədilə öz daxili uçot sistemində müştəri üçün hesab açır.