Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Heftelik.az  xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Somali Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

***

saat 17.33

Somali Prezidenti Həsən Şeyx Mahmud bu gün Azərbaycana rəsmi səfərə yola düşüb.

Heftelik.az-ın məlumatına görə, Somali Baş nazirinin ofisinin nümayəndəsi Nasra Bəşir Əli “X” sosial şəbəkəsində bununla bağlı paylaşım edib, Həsən Şeyx Mahmudun Azərbaycana uçuşdan əvvəl təyyarəyə minməsini əks etdirən videogörüntülər paylaşıb.

Bu səfər Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə ölkənin nümayəndə heyətinin Moqadişoya səfərindən səkkiz gün sonra baş tutur.