Yalnız dəri və selikli əlamətlərlə müşahidə olunan aktiv və ya remissiyada olan Behçet xəstəliyi olanlar xidmətə yararlı hesab edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Dəri və dərialtı toxumaların ağır gedişli və fəsadlaşmalarla müşayiət olunan dərinin regenerasiyası və bərpası üçün xəstəliklərinin uzunmüddətli müalicəsindən sonra hərbi xidmətə çağırış zamanı vətəndaşlar “Xəstəliklər cədvəli”nin 56-cı maddəsinin “e” bəndi üzrə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar, hərbi qulluqçulara isə məzuniyyətin verilməsinin zəruriliyi haqqında qərar çıxarılır.