Egey dənizində zəlzələ qasırğası davam edir.
Heftelik.az-ın xəbərinə görə, ötən gecə manitudası 5-dən böyük iki yeraltı təkan qeydə alınıb.
Zəlzələlər yerli vaxtla 10 fevral saat 23.06-da və 11 fevral saat 01.37-də baş verib.
Qeydə alınan 5.3 maqnitudalı zəlzələ Afinada da hiss edilib. Zəlzələnin ocağı 17 km dərinlikdə yerləşib. Bu, Egey dənizində zəlzələ qasırğasının davam etdiyi iki həftə ərzində qeydə alınan ən güclü zəlzələ olub.
Seysmoloqlar zəlzələ fırtınasının hələ davam edəcəyini proqnozlaşdırır, o cümlədən Santorini adası yaxınlığındakı Kolumbo vulkanının püskürəcəyini istisna etmirlər. Vulkan püskürməsi Egey dənizində sunamiyə yol aça bilər. Bu zaman sunaminin Türkiyə sahillərini də vuracağı gözlənilir. Artıq Türkiyənin bır sıra sahil bölgələrində sunami ilə qədar erkən xəbərdarlıq sistemləri quraşdırılıb.
Qeyd edək ki, bu gün səhər saat 06.00 indiyə qədər Santorini adasında maqnitudası 4-4,7 arasında dəyişən 6 yeraltı təkan qeydə alınıb. Ümumilikdə 26 yanvardan bu günə qədər 12 min 800-dən çox zəlzələ baş verib.
Zəlzələ fırtınası ilə əlaqədar 11 mindən çox sakin Santorini adasını tərk edib.
Türkiyə və Yunanıstanı qorxuya salan zəlzələ qasırğası – Bir ada boşaldılır