Rusiyanın “Ximki” klubunun futbolçuları maaşların gecikdirilməsi səbəbindən komandanın üçüncü təlim-məşq toplanışında yoldaşlıq görüşlərini boykot etmək niyyətindədir.
Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, oyunçular 2024-cü ilin noyabr və dekabr aylarının ödənişlərini hələ də almadıqları üçün çox narazıdırlar. Qeyd olunub ki, “Ximki”nin investoru Tufan Sadıqov əvvəllər söz verdiyi kimi yaxın günlərdə maaşları versə, aksiya baş tutmayacaq. Eyni zamanda, Sadıqovun özü hələ də xüsusilə külli miqdarda dələduzluqla bağlı cinayət işi üzrə təqsirləndirilən şəxsdir.
Məlumata əsasən, əcnəbi futbolçulardan bəziləri bu cür gecikmələrə görə klubdan ayrılmağı düşünürlər.
“Məsələn, Mejia və Artiga borclara görə FİFA-ya bəyanatlar yazmağı planlaşdırırlar. Bununla yanaşı, komanda ümid edir ki, ictimai sahədə yaranan problem borc məsələsinin tezliklə həllinə imkan verəcək”, – mənbə bildirib.
Qeyd edək ki, Moskva vilayətinin klubu olan “Ximki” 18 turdan sonra Rusiya Premyer Liqasının turnir cədvəlində 16 xalla 13-cü yerdədir.
Xatırladaq ki, Tufan Sadıqov həbs olunub və bir neçə gün əvvəl pul qarşılığında azadlığa çıxıb.