Bakıda kişi özünü asdı

12 Fevral 2025, 21:57

Bakıda intihar olub.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.

34 yaşlı Abdullayev Firdovsi Bəkulla oğlu yaşadığı evdə özünü asıb.

İntiharın hansı səbəbdən baş verməsi bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.