Bütün işçi heyət dərman vasitələrinin etibarlı saxlanması praktikasına, bu sahədə mövcud olan normativ-hüquqi aktlar, prosedurlar və təhlükəsizliyə dair təlimlərdə iştirak etməlidirlər.

Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Ştat cədvəlində olan bütün işçilər şəxsi gigiyena və sanitariya qaydalarına aid təlimlərdə iştirak etməlidirlər. Dərman vasitələrinin saxlanıldığı sahədə fəaliyyət göstərən işçilər işlədikləri işə uyğun olaraq qoruyucu və ya müvafiq işçi paltarları geyinməlidirlər.