Gəmi sahibinin VƏZİFƏLƏRİ

12 Fevral 2025, 01:18

Gəmi sahibinin vəzifələri açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Gəmi sahibi gəmi heyəti üzvləri üçün aşağıdakıları təmin etməlidir:

– təhlükəsiz əmək şəraitini;

–  sağlamlıqlarının mühafizəsini;

– xilasetmə vasitələrinin mövcudluğunu;

– fasiləsiz olaraq qida və su təchizatını;

– müvafiq iş və istirahət yerlərini;

– mədəni və məişət şəraitini.