Dövlət orqanları və bələdiyyələr mənzil qanunvericiliyinin yerinə yetirilməsinə, mənzil fondundan istifadəyə və onun qorunmasına, yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.

Eyni zamanda əhalinin müxtəlif sosial təbəqələrinin, xüsusilə gənc ailələrin güzəştli ipoteka kreditləri ilə təmin edilməsi üçün tədbirlər görürlər.