Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində təhlükə potensiallı obyektlərin dövlət reyestr qeydiyyatından keçmiş qazanların, buxar qızdırıcılarının və ekonomayzerlərin mütəmadi olaraq yoxlanılması həyata keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Yoxlanılma həmin Agentlik tərəfindən aşağıdakı müddətlərdə həyata keçirilməlidir:
– Daxili baxış – 4 ildə bir dəfədən az olmayaraq;
– Hidravlik sınaq – 8 ildən bir dəfədən az olmayaraq.
Hidravlik sınaqdan əvvəl mütləq qaydada daxili baxış aparılmalıdır.
