Kover ödəniş zamanı həmin məlumatlar birbaşa benefisiar maliyyə instutuna ötürülməklə yanaşı, elektron köçürmə zəncirində iştirak edən bütün maliyyə institutlarına ötürülür.

Heftelik.az-ın məlumatına görə, bu, Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydasında əksini tapıb.

Ölkədaxili elektron köçürmələr zamanı emitent maliyyə institutları bu Qaydanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində göstərilən məlumatların elektron köçürmə zəncirində ötürülməsini təmin etməyə bilər. Bu halda emitent maliyyə institutu tərəfindən əməliyyat, o cümlədən ödəyici və vəsait alan barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada sorğu əsasında səlahiyyətli orqanlara və benefisiar maliyyə institutuna ən geci 3 (üç) iş günü ərzində təqdim edilməsi təmin olunmalıdır.