Müqavilədə ən azı nələrin əks olunmalı olduğu açıqlanıb.

Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.

Müqavilədə ən azı aşağıdakılar əks olunur:

– müqavilənin bağlandığı yer və tarix;

– müştəri fiziki şəxs olduqda – adı, soyadı, atasının adı, fərdi identifikasiya nömrəsi (bu olmadıqda şəxsiyyəti təsdiq edən sənədin növü və nömrəsi), bank rekvizitləri (olduqda), hüquqi şəxs olduqda – hüquqi şəxsin tam adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), ünvanı və bank rekvizitləri;

– investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi fəaliyyətinə verilmiş lisenziyanın nömrəsi və tarixi;

– müqavilənin predmeti və göstərilən investisiya xidmətlərinin növləri;

– tərəflərin hüquq və vəzifələri;

– müqavilədən irəli gələn pul öhdəlikləri üzrə hesablaşma qaydası;

– investisiya şirkətinin xidmət haqqı, sifarişlərin icra olunması ilə bağlı xərclər və onların ödənilməsi qaydası;

– müştərinin aktivlərinin qaytarılması müddəti və qaydası, o cümlədən müştərinin və ya investisiya şirkətinin təşəbbüsü ilə qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə əqdin bağlanmasından imtina halında qarşılıqlı hesablaşmaların aparılması şərtləri;

– müqavilənin qüvvədə olduğu müddətdə sifarişin ləğv edilməsi və ya icra edilməmiş hissəsinin tam və ya qismən ləğv edilməsi və bu barədə müştəriyə məlumatların verilməsi qaydası;

– müştəriyə hesabatların təqdim edilməsi qaydası;

– müqavilənin müddəti;

– müqavilənin müddətinin uzadılması qaydası;

– tərəflərin məsuliyyəti;

– Mərkəzi Bankın ünvanı və qaynar xətti;

– mübahisələrin həlli üsulları.