İnvestisiya şirkəti investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üzrə müşahidə şurası tərəfindən təsdiq edilən daxili qaydalara malik olmalıdır.

Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.

İnvestisiya şirkəti aşağıdakıları əhatə edən daxili qaydalara malik olmalıdır:

– müştəri sifarişlərinin icrası, o cümlədən ən yaxşı qiymət prinsipi ilə icrası prosedurları;

–  müştəri aktivlərinin uçotunun aparılması qaydası;

– əməliyyatların uçotunun aparılması qaydası;

– müştəri şikayətlərinə baxılması qaydası;

– maraqlar münaqişəsinin qarşısının alınması ilə bağlı tədbirlər;

– anderraytinq zamanı emitentin maliyyə dayanıqlığının və korporativ idarəetməsinin effektivliyinin, o cümlədən risklərin idarəedilmə səviyyəsinin təhlili qaydası.