Müştəri sifarişlərinin qəbulu və icrasına aydınlıq gətirilib.

Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.

Müştəri qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə fond birjasında aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icra edilməsi üzrə investisiya xidmətini (əməliyyatını) göstərən investisiya şirkətinə aşağıdakı sifarişləri verir:

– rəqabətli sifariş – müştərinin təyin etdiyi qiymətdən aşağı və ya yuxarı olmamaq şərtilə qiymətli kağızları və ya törəmə maliyyə alətlərini sifarişdə göstərilən miqdarda almaq və ya satmaq (rəqabətli sifarişin icra şərtləri fond birjasının daxili qaydalarına uyğun olaraq müəyyən edilir);

– qeyri-rəqabətli sifariş – qiymətli kağızları və ya törəmə maliyyə alətlərini ən əlverişli qiymət ilə sifarişdə göstərilən miqdarda almaq və ya satmaq.