Övladlarını çöpçüyə aparan valideynlərə səslənirik ki, onların həyatını təhlükəyə atmasınlar, uşaqların sağlamlığını peşəkar mütəxəssislərə etibar etsinlər.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Uşaq Cərrahlığı şöbəsinin direktoru, uşaq cərrahı Umud Musayev deyib.

Cərrah qeyd edib ki, sadəcə çöpçüyə inanan valideynlərin uşağının “çöpü qalır”: “Biz çöpçüyə aparılandan sonra ağırlaşmaları çox görürük”.