Ödəniş hesabı üzrə qalıq məlumatının əldə edilməsi istifadə halında üçüncü tərəf təchizatçı bu məqsədlə edilmiş əməliyyat sorğusunda göstərilmiş ödəniş hesabı üzrə hesab qalığı məlumatını əldə edir.

Heftelik.az xəbər verir ki, bu, Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblərdə əksini tapıb.

Əməliyyat İnterfeysdə üçüncü tərəf təchizatçı tərəfindən başladılır. Bu əməliyyat ödəniş xidməti istifadəçisinin birbaşa iştirakını tələb etmir. Əməliyyat ödəniş xidməti istifadəçisinin daha əvvəl verdiyi razılıq əsasında aparılır. Ödəniş hesabı üzrə əməliyyat məlumatlarının əldə edilməsi istifadə halında üçüncü tərəf təchizatçı bu əməliyyat sorğusunda göstərilmiş zaman aralığında müvafiq ödəniş hesabı üzrə həyata keçirilmiş ödəniş əməliyyatları barədə məlumatları əldə edir.