Qiymətli kağızların anderraytinqi əsas investisiya xidməti olaraq emitent ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq qiymətli kağızların yerləşdirilməsi zamanı investorlar tərəfindən əldə edilməyən qiymətli kağızların investisiya şirkəti tərəfindən satın alınması üzrə öhdəlik götürməklə və ya belə öhdəlik götürmədən həyata keçirilə bilər.

Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.

Qiymətli kağızların öhdəlik götürməklə abunə yazılışı və ya hərrac vasitəsi ilə yerləşdirilməsi zamanı investisiya şirkəti öz öhdəliyini emitent ilə bağlanmış müqaviləyə uyğun olaraq aşağıdakı üsullarla həyata keçirir:

– qiymətli kağızların yerləşdirilməsi zamanı investorlar tərəfindən əldə edilməyən qiymətli kağızları tam həcmdə və ya qismən satın alır;

– yerləşdirilməsi nəzərdə tutulan qiymətli kağızları tam həcmdə və ya qismən satın alır və investorlara təklif edir.