Bütün aidiyyəti səlahiyyətli orqanlar məhsulun geri çağırılması barədə əvvəlcədən məlumatlandırılmalıdırlar.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Çox ciddi hallarda (məsələn xəstənin sağlamlığına potensial ciddi (ağır) təsir olan hallar), səlahiyyətli orqanlar məlumatlandırılmadan əvvəl təcili olaraq riskləri azaldan tədbirlər (məsələn məhsulun geri çağırılması) görülə bilər. Lakin istənilən halda çalışmaq lazımdır ki, qeyd edilən fəaliyyətlər vaxtı-vaxtında aidiyyəti səlahiyyətli orqanlar ilə razılaşdırılsın.
