Sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri
| Maddə | Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi | Hərbi xidmətə yararlılıq kateqoriyası | ||
| I qrafa | II qrafa | III qrafa | ||
| 57 | İnfeksion və iltihab mənşəli artropatiyalar, birləşdirici toxumanın sistem zədələnmələri: | |||
| a) funksiyaların mühüm dərəcədə pozulması ilə, davamlı və kəskin dərəcədə ifadə olunmuş dəyişikliklərlə | D | D | D | |
| b) funksiyaların mülayim dərəcədə pozulması və xəstəliyin tez-tez kəskinləşmələri ilə | D | D | C | |
| c) funksiyaların cüzi dərəcədə pozulması və xəstəliyin nadir kəskinləşmələri ilə | C | C | B | |
| ç) xəstəliklərin, yaralanmaların, travmaların, zəhərlənmələrin, xarici amillərin digər təsirlərinin nəticələrinin müalicəsindən sonra sümük-əzələ sisteminin, birləşdirici toxumanın, dərinin, dərialtı toxumanın müvəqqəti funksional pozulmaları | Ç | Ç | Ç | |
Bu maddə autoimmun xəstəliklər: revmatoid artriti, Bexterev xəstəliyini, Reyter xəstəliyini, düyünlü periartriiti, Vegener qranule-matozunu, psoriatik artropatiyanı, Behçet xəstəliyi, antifosfolipid sindrom, vaskulitlər və infeksiyalarla bağlı olan digər artritləri, birləşdirici toxumanın digər sistem xəstəliklərini nəzərdə tutur.
