Ödəniş hesabına giriş interfeysi üçüncü tərəf təchizatçının ödəniş xidməti istifadəçisinin ödəniş hesabına girişi üçün hesaba xidmət edən ödəniş xidməti təchizatçısı tərəfindən təmin edilən interfeysdir.
Heftelik.az xəbər verir ki, bu, Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblərdə əksini tapıb.
ödəniş xidməti istifadəçisi – ödəyici və (və ya) vəsait alan qismində ödəniş xidmətlərindən istifadə edən şəxs;
Üçüncü tərəf təchizatçı hesab üzrə məlumat xidməti təchizatçısı və (və ya) vasitəçi, tətbiqi proqramlaşdırma interfeysi (API) informasiya sistemləri arasında qarşılıqlı əlaqələrin qurulması mexanizmlərini müəyyən edən və proqram təminatlarının hazırlanması üçün istifadə olunan prosedur, protokol və alətlər dəsti, API şlüz – bu Tələblər üzrə ödəniş xidməti təchizatçıları arasında məlumat mübadiləsini təmin edən vasitəçi proqram təminatıdır.
Bu Tələblərdə istifadə olunan digər anlayışlar Qanunda, habelə digər normativ hüquqi və normativ xarakterli aktlarda müəyyənləşdirilmiş mənaları ifadə edir.