Saxlanma yerləri bütün əməliyyatların dəqiq və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün adekvat səviyyədə işıqlandırılmalıdır.

Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Əczaçılıq məhsulları və materialları stabillik testlərinin nəticələrinə əsasən markalanmalarında qeyd edilmiş şəraitə uyğun saxlanmalıdır. Temperatur, rütubət və havalandırmanın monitorinqinin qeydiyyatı aparılmalıdır. Monitorinq üçün istifadə edilən avadanlıqlar öncədən təyin edilmiş uyğun intervallarla yoxlanmalı, yoxlamanın nəticələri qeyd edilməli və saxlanmalıdır.