ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb, söhbət 1,5 saata qədər davam edib.
Heftelik.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edilib ki, Putin və Tramp Yaxın Şərq nizamlanması və Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətləri müzakirə ediblər. Putin Trampı Moskvaya dəvət edib. Putin və Tramp telefon danışığında şəxsi görüşün təşkili barədə razılığa gəliblər. Putin Trampla razılaşıb ki, Ukraynada uzunmüddətli nizamlanmaya danışıqlar yolu ilə nail olmaq olar.
Putin və Tramp Rusiya və ABŞ vətəndaşlarının mübadiləsini də müzakirə ediblər, Vaşinqton əldə olunan razılaşmaların yerinə yetirilməsinə zəmanət verib. Putin Trampın birgə işləməyin vaxtının gəlib çatdığı tezisini dəstəkləyib.
Putin Trampa Amerika rəsmilərini Rusiya Federasiyasında, o cümlədən Ukrayna mövzusu ilə bağlı qəbul etməyə hazır olduğunu bildirib.