“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Oğuz Çətin xəstəxanaya yerləşdirilib.
Heftelik.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Belə ki, ötən gün onun səhhətində qəfil olaraq problem yaranıb və xəstəxanaya aparılıb.
Qeyd edək ki, Oğuz Çətin 2013/2014 mövsümündə “Xəzər Lənkəran” baş məşqçisi olub.