Fevralı 12-də ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Harry S. Truman” təyyarədaşıyan gəmisi Misir sahillərində Port Səiddə Panama bayrağı altında üzən  “Beşiktaş-M” yükdaşıyan  gəmisi ilə toqquşub.

Heftelik.az-ın xəbərinə görə, bu barədə ABŞ-nin 6-cı donanması məlumat yayıb.

Qeyd edilib ki, toqquşma “Harry S. Truman” üçün təhlükə yaratmayıb, gəminin mühərrikləri zədələnməyib, təhlükəsiz və stabil vəziyyətdədir.

Ölən və yaralananlar barədə hələ məlumat verilmir.

Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır, əlavə məlumat əldə olunduqca veriləcək.