Məşhur müğənni Alişan və həyat yoldaşı Buse Varol Ümrə ziyarəti edib.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, müğənni bununla bağlı instaqram hesabında paylaşım edib.
Alişan paylaşımında “Allahım, üçüncü dəfə bu yerləri görmək şansını mənə verdiyin üçün təşəkkür edirəm” , – sözlərini yazıb.
Qeyd edək ki, Alişan ötən həftə həyat yoldaşı ilə Ümrədə sevgililər gününü keçirəcəklərini açıqlamışdı:
“Evləndikdən sonra həmişə həyat yoldaşımla Ümrəyə getmək istəyirdim. Bu il, o il. Sevgililər günündə Məkkədə olacağıq. Mənim üçün çox özəl olacaq”.