Anderraytinq xidməti bir investisiya şirkəti tərəfindən və ya bir neçə investisiya şirkəti tərəfindən birgə təklif edilə bilər.
Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.
Anderraytinq xidməti bir neçə investisiya şirkəti tərəfindən birgə təklif edildikdə, bir investisiya şirkəti əsas anderrayter qismində müəyyən edilir. Anderrayter tərəfindən yerləşdirilməsi nəzərdə tutulan qiymətli kağızlar üzrə bu Qaydanın 17.2.9-cu yarımbəndində müəyyən edilən daxili qaydalara uyğun olaraq mövcud və ya əmələ gələ biləcək risklər barədə təhlil aparılır və bu barədə investorlara yazılı məlumat verilir.