Əməliyyat İnterfeysdə üçüncü tərəf təchizatçı tərəfindən başladılır.
Heftelik.az xəbər verir ki, bu, Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblərdə əksini tapıb.
Bu əməliyyat ödəniş xidməti istifadəçisinin birbaşa iştirakını tələb etmir. Əməliyyat ödəniş xidməti istifadəçisinin daha əvvəl verdiyi razılıq əsasında aparılır. Maliyyə məhsulları haqqında məlumatların əldə edilməsi istifadə halında üçüncü tərəf təchizatçı bu əməliyyat sorğusu nəticəsində ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısının təklif etdiyi maliyyə məhsulları haqqında məlumatları əldə edə bilər. Bu halda üçüncü tərəf təchizatçının avtorizasiyası tələb edilmir. Nəzarət subyektləri haqqında məlumatların əldə edilməsi istifadə halında üçüncü tərəf təchizatçı bu əməliyyat sorğusu nəticəsində nəzarət subyektləri haqqında və ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı haqqında müvafiq olaraq Mərkəzi Bank və ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı tərəfindən təqdim olunan məlumatları əldə edə bilər. Bu halda üçüncü tərəf təchizatçının avtorizasiyası tələb edilmir.