Hüquq mühafizə orqanlarının qanunvericiliyə müvafiq qaydada sorğusu daxil olduqda emitent maliyyə institutu həmin məlumatların dərhal təqdim edilməsi imkanına malik olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydasında əksini tapıb.

Vasitəçi maliyyə institutu bu Qaydanın 3.4-cü bəndi nəzərə alınmaqla elektron köçürmə zamanı elektron köçürmə zəncirində özündən əvvəlki maliyyə institutundan əldə etdiyi bu Qaydanın 3.1-ci bəndində göstərilən məlumatların tamlığını yoxlamalı və həmin məlumatları tam şəkildə elektron köçürmə zəncirində saxlamaqla növbəti maliyyə institutuna ötürməlidir. Elektron köçürmə zamanı vasitəçi maliyyə institutu texniki imkanların çatışmazlığından elektron köçürmə zəncirində özündən əvvəlki maliyyə institutundan əldə etdiyi bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş məlumatları tam şəkildə elektron köçürmə zəncirində saxlamaqla növbəti maliyyə institutuna ötürə bilmirsə, qəbul etdiyi bütün məlumatların ”Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında“ Azərbaycan Respublikası Qanununun 6-cı maddәsindә göstәrilәn müddətdə saxlanılması üçün tədbirlər görməlidir.