Sumqayıtda qətl törədilib.

Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, şəhərin Yaşıl Dərə yaşayış massivində 1984-cü il təvəllüdlü Quliyeva Cəmalə İmran qızı boğularaq öldürülüb.

O, Sumqayıtdakı xəstəxanaların birində tibb bacısı işləyirmiş.

Hadisəni törətməkdə şübhəli bilinən C.Quliyevanın əri saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

saat 09.06

Sumqayıtda ər arvadını boğaraq öldürməkdə şübhəli bilinir.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Yaşıl dərə yaşayış massivində qeydə alınıb.

1984-cü il təvəllüdlü Quliyeva Cəmalə İmran qızının həyat yoldaşı tərəfindən boğularaq öldürüldüyü bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən ər saxlanılıb.