İnterfeys üzrə XİDMƏTLƏR

13 Fevral 2025, 01:05

İnterfeys üzrə xidmətlər məlum olub.

Heftelik.az xəbər verir ki, bu, Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblərdə əksini tapıb.

İnterfeys aşağıda göstərilən ödəniş xidmətlərini dəstəkləyir:

– ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti;

– hesab üzrə məlumat xidməti.

İnterfeysdə dəstəklənən xidmətlərlə bağlı bu Tələblərin 5.1-ci bəndində müəyyənləşdirilən istifadə halları üzrə əməliyyatlar icra oluna və 5.2-ci bəndində müəyyənləşdirilən məlumatlar əldə edilə bilər.  İnterfeysdə üçüncü tərəf təchizatçı ilə ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı arasındakı qarşılıqlı əlaqə və vahid məlumat mübadiləsi Mərkəzi Bank tərəfindən təqdim olunan API şlüz üzərindən həyata keçirilir.