Əlavə fərdi investorun portfelinin idarəedilməsi üzrə müqavilədə ən azı nələrin əks edilməli olduğu müəyyənləşib.
Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.
Əlavə fərdi investorun portfelinin idarəedilməsi üzrə müqavilədə ən azı aşağıdakılar əks olunur:
– müştəri aktivlərinin investisiya şirkətinə idarəetməyə verilməsi qaydası;
– müştəri aktivlərinin idarə edilməsi üzrə öhdəliklərin yaranması və başa çatması tarixləri;
– idarəetməyə verilən müştəri aktivlərinin məbləği;
– investisiya siyasəti.
Müəyyən edilən investisiya siyasətində ən azı aşağıdakılar əks olunur:
– qiymətli kağızların və törəmə maliyyə alətlərinin növləri;
– qiymətli kağızların və törəmə maliyyə alətlərinin ayrı-ayrı növlərinə edilən investisiyaların maksimum məbləği və ya payı;
– investisiyanın riskini müəyyən etməyə imkan verən göstəricilər.