İşçilər üçün vəzifə təlimatları müəyyən edilməlidir.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Kənar şəxslərin saxlanma sahəsinə girişinin qarşısı müvafiq tədbirlərlə alınmalıdır. Saxlanma sahələri müxtəlif qrup məhsulların və materialların – başlanğıc və qablaşdırma materiallarının, aralıq, yarımfabrikat və hazır məhsulların, karantində, satış üçün olan, qaytarılmış və geri çağırılmış məhsulların uyğun qaydada saxlanması üçün kifayət edəcək sahələrə malik olmalıdır.