Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydası “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanmışdır və maliyyə vəsaitlərinin elektron köçürülməsinin (bundan sonra – elektron köçürmə) aparılması zamanı müştəri uyğunluğu tədbirlərinin görülməsi hallarını, habelə elektron köçürmə zəncirində məlumatların ötürülməsi və maliyyə institutları arasında işgüzar münasibətlərə dair tələbləri müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydasında əksini tapıb.
Bu Qaydanın müddəaları fiziki şəxslərin və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qurumların (hüquqi şəxslər, qruplar, hüquqi şəxs olmayan təşkilatlar, dövlət və ya qeyri-dövlət orqanları (qurumları)) yerli banklar, xarici bankların yerli filialları, ödəniş təşkilatları, elektron pul təşkilatları, xarici ödəniş təşkilatlarının yerli filialları, xarici elektron pul təşkilatlarının yerli filialları və poçt rabitəsinin milli operatoru vasitəsilə həyata keçirilən transsərhəd və ölkədaxili elektron köçürmələrinə şamil edilir.