Müəssisə rəhbərlərinin hansı hallarda qazanları, buxar qızdırıcılarını və ekonomayzerləri özləri yoxlamağa borclu olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Müəssisə rəhbərləri aşağıdakı hallarda qazanları, buxar qızdırıcılarını və ekonomayzerləri özləri yoxlamağa borcludurlar:
– daxili baxış – daxili səthin hər dəfə təmizlənməsindən və ya elementlərin təmirindən sonra lakin, 12 aydan gec olmayaraq;
– xarici baxış – bilavasitə qazanı, qazan nəzarəti müfəttişinə yoxlamaya təqdim etməzdən əvvəl ;
– işçi təzyiqlə hidravlik sınaq – qazanın, buxar qızdırıcılarının və ekonomayzerlərin daxili səthlərinin hər dəfə təmizlənməsindən və ya elementlərinin təmirindən sonra.