Marja ticarəti üzrə investisiya xidmətinin (əməliyyatının) həyata keçirilməsi üzrə daxili qaydalar həmçinin marja ticarəti qaydasını tənzimləyən normativ xarakterli aktın tələblərinə uyğun olaraq hazırlanır.
Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.
İnvestisiya şirkəti Qanunla müəyyən edilmiş hallarda və müddətdə müştərilərə hesabatlar təqdim edir.
Fərdi investorun portfelinin idarə edilməsi xidməti (əməliyyatı) istisna olmaqla, müştərinin adından sifarişi icra etmiş investisiya şirkəti müştəriyə sifarişin icra edilməsindən sonra bir iş günündən gec olmayaraq sifarişin icrasına dair hesabat təqdim edir. Hesabatda ən azı aşağıdakı məlumatlar əks olunur:
– hesabatın dövrü və tərtib edilmə tarixi;
– müştərinin eyniləşdirilmə məlumatları (adı, soyadı və (və ya) vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) (olduqda);
– müqavilənin nömrəsi və tarixi;
– sifariş haqqında məlumat;
– qiymətli kağız və ya törəmə maliyyə alətləri ilə aparılmış əməliyyatların tarixi və vaxtı;
– əqdin istiqaməti (alqı və ya satqı);
– əqdin istiqaməti alış və ya satış olmadıqda sifarişin xarakteri;
– qiymətli kağızın emitentinin adı və ya törəmə maliyyə alətinin baza aktivinin adı;
– qiymətli kağızların və ya törəmə maliyyə alətinin növü, forması, dövlət qeydiyyat nömrəsi;
– bir qiymətli kağızın və ya törəmə maliyyə alətinin qiyməti;
– qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin sayı;
– qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə aparılmış əqdlərin məbləği;
– hesabatın dövrü ərzində investisiya şirkətinə ödənilmiş xidmət haqqı və sifarişlərin icra olunması ilə bağlı xərclərin məbləği.