AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi filologiya elmləri doktoru, dosent Pərvanə Bəkirqızı (İsayeva) 56 yaşında vəfat edib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə ədəbiyyatşunas Cavanşir Yusifli özünün “Facebook” hesabında məlumat verib.
Qeyd edək ki, Pərvanə Bəkir qızı İsayeva 1969-cu ildə Bərdə rayonunda anadan olub. Bir müddət Bakı Slavyan Universitetində çalışan alim Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində fəaliyyət göstərirdi. O, həmçinin Ali Attestasiya Komitəsinin Ekspert şurasının üzvü idi.