Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının liderlərini ABŞ Prezidenti Donald Trampla idxal tariflərini müzakirə etməkdən qorxan “qorxaq dovşanlar” adlandırıb.
Heftelik.az-ın Qafqazinfo-ya istinadın verdiyi məlumata görə, Viktor Orbanbunu bunu Budapeştdə mətbuat konfransında bildirib.
Macarıstanın Baş naziri bildirib ki, Aİ öz təkliflərini amerikalılara müstəqil şəkildə təqdim etməlidir:
“Aİ liderləri qorxaq dovşanlar kimi oturub taleyini gözləyirlər. Ancaq qorxaqların gələcəyi yoxdur. Biz etimad göstərib danışıqlara başlamalıyıq”.
O, həmçinin Aİ-nin hazırkı rəhbərliyinin Birləşmiş Ştatlarla iqtisadi mübahisədə cəmiyyətin maraqlarını effektiv şəkildə qoruya biləcəyinə şübhə ilə yanaşdığını deyib, Almaniya və Fransanın təşəbbüsü öz üzərinə götürməli olduğunu vurğulayıb.