Stokholm Məhkəməsi Quranıc yandıran 18 yaşlı şəxs barəsində həbs qətimkan tədbiri seçib.
Heftelik.az-ın Bakupost-a istinadən verdiyi məlumata görə, o, 2022-ci ildə Quranın yandırılması ilə bağlı Linköpinq şəhərində iğtişaşlarda iştirak edib və polisə tabe olmamaqda təqsirli bilinib. O, əvvəllər də quldurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum edilib.
Bu dəfə prokurorluq onun terror cinayəti törətməyə hazırlaşmaqda, adam öldürməyə cəhddə və partlayıcı maddələrdən istifadə etməklə ağır cinayət törətməyə hazırlaşmaqda şübhəli bilindiyi üçün həbsə alınmasını məqsədəuyğun hesab edib.