İnvestisiya şirkəti müştəri sifarişlərinin qəbulu və icra edilməsi üzrə investisiya xidmətini (əməliyyatını) fərdi investorun portfelinin idarə edilməsi xidməti (əməliyyatı) istisna olmaqla, yalnız müştərinin və ya onun səlahiyyətli nümayəndəsinin sifarişi əsasında həyata keçirir.

Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.

Sifarişin müddəti müqavilənin qüvvədə olma müddətindən artıq olmamalı, müqavilənin qüvvədə olma müddəti bir ildən artıq olduqda, sifariş ən azı ildə bir dəfə yenilənməlidir. Elektron formada və ya telefon vasitəsilə təqdim edilən sifariş istisna olmaqla, sifariş iki nüsxədə tərtib edilir, imzalanır və bir nüsxəsi investisiya şirkətinin ixtisas şəhadətnaməsinə malik olan əməkdaşının sifarişi qəbul etməsi barədə yazılı qeydi və imzası ilə müştəriyə təqdim edilir. Müştərini səlahiyyətli nümayəndəsi təmsil etdikdə, sifarişdə həmin şəxsə verilmiş etibarnamənin nömrəsi, verilmə, qüvvədə olma tarixləri və etibar edilmiş hərəkətlər göstərilir.