Bütün qeydlər ən azı məhsulun və ya materialın istifadə müddəti və əlavə olaraq 1 (bir) il müddətində saxlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Temperatur xəritəsi saxlanma yerində temperaturun bərabər paylandığını göstərməlidir. Temperatur ölçən cihazların, temperaturun dəyişməyə daha çox meyilli olduğu sahələrdə quraşdırılması tövsiyə olunur. Monitorinq üçün istifadə edilən ölçmə vasitələri dövri yoxlamadan keçməlidir.