Hansı halda üçüncü tərəf təchizatçının avtorizasiyasının tələb edilmədiyi açıqlanıb.

Heftelik.az xəbər verir ki, bu, Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblərdə əksini tapıb.

Manatın xarici valyutalara nisbətdə Mərkəzi Bank tərəfindən müəyyən edilmiş rəsmi məzənnəsi və banklar tərəfindən müəyyən edilmiş mübadilə məzənnəsi haqqında məlumatların əldə edilməsi istifadə halında üçüncü tərəf təchizatçı bu əməliyyat sorğusu nəticəsində Mərkəzi Bank və ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı tərəfindən təqdim olunan məzənnələr haqqında məlumatları əldə edə bilər. Bu halda üçüncü tərəf təchizatçının avtorizasiyası tələb edilmir.