Mərkəzi depozitarın və fond birjasının üzvü qismində müştərilərilə öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatların aparılması zamanı investisiya şirkəti müştəri sifarişlərini ən yaxşı qiymət prinsipi ilə icra edir.
Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.
Müştəri sifarişlərinin icrası qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinin bazar qiyməti, bu mövcud olmadıqda ədalətli dəyəri ilə həyata keçirilir. Mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparan investisiya şirkəti marketmeyker kimi çıxış etdikdə, Qanunun 30.5-2-ci maddəsinin tələbi nəzərə alınmaqla fond birjası ilə bağlanılan müqavilə ilə müəyyən edilən vəzifələri həyata keçirir.