Vasitəçi maliyyə institutu elektron köçürmə zəncirində onun tərəfindən ötürülməsi zəruri olan məlumatların tam əks olunmadığı elektron köçürmələri müəyyən etmək məqsədilə əməliyyatın icrasına müdaxilə etməyən və əməliyyatın fasiləsizliyini pozmayan tədbirlər görməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydasında əksini tapıb.
Vasitəçi maliyyə institutu onun tərəfindən elektron köçürmə zəncirində ötürülməsi zəruri olan məlumatların tam olmadığı elektron köçürmələrlə bağlı aşağıdakıları ehtiva edən risk əsaslı siyasət və prosedurlara malik olmalıdır:]
– belə elektron köçürmələrin icrasından imtina edilməsi, yaxud icrasının dayandırılması halları;
– belə elektron köçürmələrə dair risk iştahası səviyyəsinə uyğun olaraq görüləcək növbəti tədbirlər, o cümlədən işgüzar münasibətdə olduğu müvafiq maliyyə institutu ilə işgüzar münasibətlərə yenidən baxılması ilə əlaqədar tədbirlər.